Qadin.NET / 16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm

16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm

 

16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm



 

Əslən Rumıniyadan olan Robert Bobrozki dünya mediasının diqqətini çəkib.

Qadin.Net xəbər verir ki, orta hesabla 16 yaşlı uşağın boyu təxminən 1,65-1,70 arası dəyişə bilər. Amma 16 yaşlı Robertdə bu özünü olduqca çox büruzə verir.
Sonuncu nəticələrə görə onun boyu hər il bir neçə santimetr artır. Hazırda onun boyu nə az, nə çox, tam 2 metr 31 santimetrdir. Gəncin valideynləri bu vəziyyətdən olduqca narahat olduqlarını bildirirlər.

Statistikaya görə, Robert hazırda Avropanın ən hündür insanıdır. Ancaq bu nəzarətsiz boy artımı onun geyim seçimində, yataq məsələsində və digər bir çox mövzularda ciddi narahatlıqlar yaradır.

Yaşıdlarından fərqli olaraq, Robert gün ərzində 7 dəfə yemək yeyir və daim həkim nəzarəti altında fiziki məşqlər edir. (publika.az)

13 dekabr 2017
GO BACK