Qadin.NET / Silahlı Qüvvələrdə QHT və dini qurumların fəaliyyəti qadağan edilir

Silahlı Qüvvələrdə QHT və dini qurumların fəaliyyəti qadağan edilir

Silahlı Qüvvələrdə QHT və dini qurumların fəaliyyəti qadağan edilir


Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Qadin.Net apa-ya istinadən xəbər verir ki, bu, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Qanunun hazırda qüvvədə olan variantının müvafiq maddəsi isə belədir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.

Yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

12 dekabr 2017
GO BACK