Məşhur astrofizik və astrobioloq Karl Saqan "Hamımız ulduz tozuyuq" deyəndə hər hansı planetin hərəkəti insanın iş, sağlamlıq və sevgi həyatına təsir etdiyini nəzərdə tutmayıb. Özü də bir astrofizik kimi onlara qarşı mübarizə aparıb. Bəzən bu dırnaqarası peşəkarlara inananlar Karl Saqanın sözlərini xatırladıb "Axı biz kosmosun bir parçasıyıq" və əlavə olaraq üstünə bu qismi özlərindən uydururlar : "Bu asılılıq insanlara təsir edir". Bilinməsi gərəkən kosmosun bir parçası olmaq hansısa planetin hərəkətinin hər hansı "bürc" deyə uydurma sinifləndirilmədə yer alan insanın həyatının bir hissəsinə (sevgi,iş,sağlamlıq və s.) təsir etməməsidir. (Müasir bürclərdəki simvollar antik yunanların ulduzların düzülüşünün xəyali bir xəttlə birləşdirilməsindən alınan illuzion şəkillərdir. Digər sivilizasiyalarda bu xəyali olaraq başqa simvollara bənzədilirdi) Astrofizika və psixologiya elmləri qoroskopçuların iddiaları üzərində araşdırma aparıb və iddiaların əsassız olduğunu dəfələrlə sübut edib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, indi gələk qoroskopun niyə bu qədər populyar olmasının səbəbini sorğulamağa. Forer-Barnum effekti bu dırnağarası fenomenin yalanlarını izah edir. Bertram Forer ilk dəfə 1940-cı illərdə bu məsələni araşdırmışdır. Yanaşı olaraq Fineas Barnumun araşdırması nəticəsində bəlli oldu ki, ulduz falçılarının arqumentləri geniş spektrlidir və buna inanmaq istəyən insan asanlıqla qəbul edir. Hər hansı bir spesifiklikdən söhbət gedə bilməz. Forer isə bu dırnağarası arqument və analizlərin insanlara uyğunluğunu elmi tətqiqatla araşdırdı. Şagirdlərə xarakter testi verdi və onları öz aldıqları qiymətlərə nəzərən ayrı ayrılıqda yazdığını və bu testləri qiymətləndirmələrini dedi. Əslində isə, bütün şagirdlərə eyni şəxsi qiymətləndirmə testi verilmişdi. Burada 13 əsas maddə vardı.
1) Sizdə digər insanların sizi sevməsinə və həsəd aparmasına meylli olan şiddətli bir ehtiyac var
2) Özünüzü tənqid etməyə çox açıqsınız
3) Öz xeyrinizə çevirmədiyiz böyük bir potensiala sahibsiniz
4) Bəzi şəxsiyyət qüsurlarınız olsa da öhdəsindən gələ bilirsiniz
5) Cinsi gözləntiləriniz sizin üçün problem yaradır
6) Kənardan baxanda özünüzü güclü və stabil şəkildə idarə edirsiniz əslində narahat və qeyri-stabilsiniz
7) Bəzi vaxtlarda düzgün şeyi etdiyinizə və düzgün şeyi seçdiyinizə qərar verə bilmirsiniz
8) Hər dəfə biraz fərqlilik olsun istəyirsiniz əgər məhdudiyyətlərlə qarşılaşsanız özünüzü narahat hiss edirsiniz
9) Özünüzü kimsədən asılı olmayan düşünən olaraq görürsünüz və başqalarının açıqlamalarınızı sübutsuz olaraq görürsünüz
10) İçinizdə olanları başqalarına deməyi ağıllı bir hərəkət olaraq görmürsünüz
11) Bəzi zamanlar pozitiv və sosialsınız bəzi zamanlar neqativ və asosial
12) Bəzi ehtiraslarınız olduqca qeyri-realdır
13) Təhlükəsizliyiniz sizin üçün həyatda əsas məqsədlərdən biridir
Şagirdlər 0-5 bal aralığında olan şkala üzrə 4.36 ortalama bal verdilər. Test bitdikdən sonra şagirdlərin hər birinə eyni kağızların verildiyi deyildi. Və bu yuxarıdaki maddələr astrologiya(ulduz falı) kitabından tamamilə eyni olaraq götürülmüşdü. Şagirdlərin bu maddələri özlərinə uyğunlaşdırmalarının çox sadə bir səbəbi vardı : o qədər geniş spektrli ifadələr idiki həyatımızın müəyyən periodunda bizlə uyğun idi. Uyğun olmasa belə azacıq da olsa düzgün olduğu üçün "yetərincə yaxşı təxmin" olaraq qiymətləndirilmişdi. Bu araşdırmanın nəticəsi olaraq bu dırnağarası arqumentlərin işləməsini təmin edən 2 əsas faktor vardır : 1)pozitiv fikirlərin neqativ fikirlərə olan nisbətidir, burada pozitiv fikirlər çox olmalı lakin çox şişirdilməməli 2) iştirakçıların onları sınayan insanlara düzgün və şəxsi cavab verəcəyi məsələsində inanmasıdır.
Forer-Barnum effekti 5 noyabr 2012 ci ildə Minnesota Çoxfazalı şəxsiyyət testi ilə yenidən yoxlanılmışdır. Şagirdlərə həm doğru həm saxta test nəticələri verilmişdir və hansı nəticənin özlərinə aid olduğunu demələri tələb edilmişdir. Əgər ulduz falları doğru idisə o zaman gözlənilən, şagirdlərin 80%inin doğru olan test nəticələrini seçməsi idi ancaq əksinə 59% faizi saxta test nəticələrinin onlara uyğun olduğunu dedilər. Təbii olaraq şagirdlərin hansının saxta hansının doğru olduğunu əvvəlcədən bilmirdilər və özlərinə uyğun olanı seçdilər. Bu isə qoroskop kitabından götürülənlərin seçilməməsi demək idi.
Forer-Bahnum effektini daha effektiv edən 3 əlavə faktor da aşkarlanmışdır :
Sınaqdan keçiriləcək insanlar analizin və orada oxuyacaqlarının təkcə özünə aid olduğuna inandırılacaq və buna görə onlara inanmağa meylli olacaq
Həmin insanlar fala baxan, analizi edən, təcrübəni aparan adamın mövzuya hakim olduğuna inanacaq
Analizlər nəticəsində pozitiv analizlər daha çox tapılacaq neqativlər faiz etibarilə azlıq təşkil edəcək
Bu yönü ilə gördüyümüz kimi Forer-Bahnum effekti qismi olaraq Placebo ilə analojilik təşkil edir
Qoroskopçular illərdir bu effektdən istifadə etməklə özlərinə biznes qurub insanların duyğularını istismar edirlər. Tragedikomik olan isə cəmiyyətimizdə onların maddi rifahının elm insanlarından qat qat yuxarı olması və ən acısı onların sözlərinin daha çox diqqətə alınmasıdır. Fala inanmayan biri belə təəssüfki, bəzən gündəlik qoroskopu oxuyub təsirlənir və gününü formalaşdırır.