Ötən gündən şimal-qərb bölgəsinə yağan qar Şamaxıda 5 sm, Pirqulu, Çuxuryurd, Nağaraxana və digər kəndlərdə 20 sm, Şamaxının ən ucqar dağ kəndi Zaratxeybərdə isə 30 sm qalınlığında müşahidə olunub.
ARB Şəki xəbər verir ki, gecə saatlarında şaxta səbəbindən Bakı-Şamaxı-İsmayıllı istiqamətində bəzi ərazilərdə yollar buz bağlayıb.
Yol idarəsinin əməkdaşları gecə saatlarından vəziyyəti nəzarətdə saxlayıb. Çuxuryurd-Nağaraxana istiqamətində yol açıq olsa da, Pirqulu istiqamətində buzlanma və qatı duman müşahidə olunub. Gediş-gəlişdə heç bir problem yaşanmasa da qışa hazırlıqsız olan sürücülər çətinlik yaşayıblar.