Astaranın Toradi kəndində yaşayan qeyri-adi bacarığı olan qız hamının diqqətini çəkib.
Qadin.Net bildirir ki, Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, 7 yaşlı İranə Qüdrətzadə 3 ildir ki, gimnastika ilə məşğul olur. Atası Roman Şəmsiyev deyir ki, qızı televiziya kanallarında gimnastlara baxmaqla hərəkətləri öyrənib.
Roman Şəmsiyev (atası): "Bu qızla heç bir yerdə məşğul olmamışam. Özü öyrənib. Hərəkətlərin hamısını özü öyrənib, sərbəst edib".
Valideynləri də bu sahənin müəllimlərindən İranəyə sahib çıxmasını istəyirlər.