Amerikanın Tolido Universitetindən olan bir qrup tədqiqatçı uşaqların müxtəlif oyuncaqlarla təmasda olduqdan sonrakı davranış şəkillərini təhlil ediblər. Mütəxəssislər iddia edir ki, oyuncaqlar uşaqlarda davranış pozğunluğu yaradır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, valideynlər uşaqlara çoxsaylı oyuncaqlar almaqla onların beyin inkişafını pozurlar. Belə ki, çoxlu oyuncaqları olan uşaqların yaradıcılıq qabiliyyəti inkişafdan qalır, kreativ düşüncələrə sahib olmurlar. Oyuncaqların hər biri ilə yalnız bir dəfə oynayıb kənara atırlar.
Lakin hansı uşaqların ki, oyuncaqları sayılı qədər olur, həmin uşaqlar müxtəlif fərqli oyunlar düşünür. Eyni oyuncaqları hər dəfə fərqli və daha maraqlı tərzdə oynatmağa çalışırlar və beləliklə, beyin inkişaf edir.