Qadin.NET / 6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR

6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR

6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR


Dünyanın ən gözəl qızı kimi tanınan Anastasiya Knyazeva dünya mediasında olduqca böyük rəğbət qazanıb. 6 yaşlı fotomodel yaşıdları arasında ilk pillələrdə qərarlaşıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Anastasiya Knyazeva 30 iyun 2011-ci ildə Rusiyada anadan olub. Balaca qızı dünya mediasına Anası Anna Knyazeva tanıdıb. Qızının foto və videolarını sosial şəbəkəyə yükləyən qadın qısa zamanda olduqca çox izləyicisi kütləsi qazanıb.

Anastasiya Knyazeva "Fransız Vogue" dərgisinin 10 yaşlı modeli Taylen Blondiuddan sonra dünyanın ən gözəl uşağı kimi tanınır. Ona "İnstaqram ulduzu" da deyirlər. Gözəlliyi ilə hər kəsi ovsunlayan balaca Anastasiya artıq gələcək karyerasına başlayıb.

"İnstaqram" hesabında 610 min izləyicisi var. “İnstaqram” izləyiciləri balaca Anastasiyanın ünvanına çoxsaylı təriflər yağdırır, onun fövqəladə gözəlliyinin sirrini soruşurlar. 6 yaşlı bir uşağın dünyanı özünə məftun qoyması geniş müzakirə edilir. Uşağın anasına dünyanın ən prestijli şirkətlərindən iş və reklam təklifləri gəlir.

Anası tərəfindən 2 il əvvəl açılan "İnstaqram" hesabında bu günə qədər ümumilikdə 845 foto-video paylaşılıb.

Həmin fotoları sizə təqdim edirik:

6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR

6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR

6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR

6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR


8 dekabr 2017
GO BACK