Nazirlər Kabineti 2018-ci ilin Novruz, Ramazan və Qurban bayramları barədə qərar verib.
Qadin.Net publika.az-a istinadən bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir.