Qadin.NET / Bütün zamanların ən darıxdırıcı filmi seçildi

Bütün zamanların ən darıxdırıcı filmi seçildi

Bütün zamanların ən darıxdırıcı filmi seçildi


NME jurnalının tənqidçi və oxucuları kinematoqrafiya tarixində ən darıxdırıcı 20 filmin adını açıqlayıb.

Qadin.Net trend-ə istinadən bildirir ki, səsvermədə iki minə yaxın insan iştirak edib. Reytinqdə birinci sırada "Bozun əlli çaları" filmi qərarlaşıb. Bu filmi səs verənlərin 34%-i darıxdırıcı hesab edib.

İkinci yerdə 1999-cu ilin detektivi "Bler kaftarı" olub. Bu filmə sorğu iştirakçılarının 29%-i səs verib. Üçüncü pillədə, 26% səslə "Ulduz müharibələri. I Epizod" qərarlaşıb.

Siyahıya həmçinin "Transformerlər", "Qozbel dağ", "Vanilli səma", "Artist", "Tanış olun, Co Blek" kimi filmlər də daxil olub.

7 dekabr 2017
GO BACK