Qadin.NET / Dünyanın ilk bitcoin milyarderləri oldular

Dünyanın ilk bitcoin milyarderləri oldular

Dünyanın ilk bitcoin milyarderləri oldular


Tyler və Cameron Winklevoss əkiz qardaşları dünyanın ilk kriptovalyuta milyarderləri oldular.
Bu barədə The Telegraph saytı xəbər verib. 4 il bundan öncə onlar bitcoinə 11 milyon dollar investisiya yatırmışdılar. Lakin həmin vaxtdan kriptovalyutanın qiyməti 10.000% qalxmışdır. Öz ilk investisiyalarına olan vəsaiti isə qardaşlar "Facebook"un yaradıcısı Mark Zuckerberg ilə olmuş məhkəmə prosesi nəticəsində əldə etmişdilər. Belə ki, qardaşlar Zuckerberg-i ideyanın oğurlanması ilə ittiham edirdilər. Məlumata əsasən qardaşlar 4 il bundan öncə bitcoinə 11 milyon dollar investisiya yatırarkən kriptovalyutanın qiyməti 120$ təşkil edirdi. Həmin vaxtdan bəri onun qiyməti 10.000% artdı və qardaşların sərvəti 1 milyard dollara yüksəldi.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Satoshi Nakamoto adı altında gizlənən bitcoin yaradıcısı hesaba alınmadığı halda Winklevoss qardaşları bitcoin sayəsində dünyanın ilk milyarderləri oldular. Öz ilk investisiyalarını qardaşlar hələ 2008-ci ildə Mark Zuckerberg ilə məhkəmə prosesi nəticəsində əldə etdikləri vəsait sayəsində etmişdilər. Həmin vaxtda qardaşlar məşhur sosial şəbəkə yaradıcısını ideyanın oğurlanmasında və ilk öncə sosial şəbəkə kimi planlaşdırılmış ConnectU saytının kodunun kopyalanmasında ittiham edirdilər. Nəticədə qardaşlar bütün pretenziyalardan imtina etdilər və Zuckerberg-dən 65 milyon dollar dəyərində kompensasiya əldə etdilər.

Bu vəsaitin bir hissəsi isə kriptovalyutaya investisiya kimi yatırıldı. Bu qardaşlar daha əvvəllər də kriptovalyutalara olan maraqlarını sərgiləyirdilər. Keçən il Tyler Winklevoss The Telegraph saytına olan müsahibəsində bildirmişdi ki, yaxın zamanda bitcoinin qiyməti trilyonlarla dollara çatacaq və qeyd etmişdi ki, bitcoin qızılın təkmilləşdirilmiş versiyasıdır. 2013-cü ildə əkiz qardaşlar bitcoin ödənişlərin tənzimlənməsi sistemi BitInstant adlı servisə 1.5 milyon dollar investisiya yatırmışdılar. Daha sonra isə onlar kriptovalyuta məzənnələrinin izlənməsi üçün Winkdex adlı maliyyə indekslərini yaratmışdılar.

7 dekabr 2017
GO BACK