Son zamanların ən çox istifadə edilən mesajlaşma xidməti "Whatsapp"dır. Bildiyimiz ki, proqram internet vasitəsilə xidmət göstərir.
Qadin.Net Day.Az -a istinadən xəbər verir ki, son texniki yeniliklərdən sonra artıq "Whatsapp"ı internetsiz istifadə edə biləcəksiniz.
Android cihazınızdan "Parametrlər"->"Qoşulma"->"Mobil şəbəkələr" kateqoriyasına girin.
Mobil şəbəkə bölümündən "Qoşulma nöqtəsinin adları" xanasına daxil olun. Sözügedən xananın ekranında sağ üst hissədə yer alan "Əlavə et" düyməsinə basın. Açılan ekranı aşağıdakı məlumatlara görə doldurun:
Ad: WhatsApp APN: internet Proxy: 127.0.0.01 Qoşulma nöqtəsi: 8080
Daha sonra profili yaddaşda saxlayın və "Qoşulma nöqtəsi adları" xanasından "Whatsapp" proqramını seçin.
Əməliyyatları həyata keçirdikdən sonra telefon "4G" əlaqəsində qalır, ancaq "GSM" şirkəti hesabınızdan internet çıxmır.
Normal parametrlərə qayıtdığınız zaman istifadə etdiyiniz internet sərfiyyatı sizə göstərilir.
Qeyd edək ki, bu yenilik yalnız Android cihazlarına aiddir.