Qadin.NET / Bu şirkət 10 min yeni işçi götürdü

Bu şirkət 10 min yeni işçi götürdü

Bu şirkət 10 min yeni işçi götürdü


Dünyada milyonlarla istifadəçisi olan "Youtube" şirkətinin baş icraçı direktoru Suzan Voysicki sosial şəbəkənin yeni funksiyalarının tənzimlənməsi üçün 10 min yeni işçi götürdüklərini deyib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkəyə şirkətin təyin etdiyi ictimia qaydalara uyğun olmayan, qeyri-etik məzmunlu informasiya və videoların yüklənməsinin qarşısını almaqdır.

O həm də qeyd edib ki, bəzi aktyorların çəkildiyi filmlərdən intim səhnələri çıxarıb, manipulyasiya edərək şəbəkəyə yükləyirlər. Bu istifadəçilər tərəfindən narazılığa səbəb olur. Artıq minlərlə belə videolar şikayət edilir. Həmin videoların paylaşıldığı hesablar isə nəzarətə alınıb.

Şirkətdə yeni işə başlayacaq 10 min işçi həm də azyaşlı istifadəçiləri düşünəcək. Şərh bölmələrində xüsusi təhqir və əxlaqsız sözlərin yazılmasına qadağalar qoyulacaq.

6 dekabr 2017
GO BACK