Qadin.NET / Trampın 6 müsəlman ölkəsinə qoyduğu QADAДћA TƏSDİQLƏNDİ: bundan sonra...

Trampın 6 müsəlman ölkəsinə qoyduğu QADAДћA TƏSDİQLƏNDİ: bundan sonra...

Trampın 6 müsəlman ölkəsinə qoyduğu QADAĞA TƏSDİQLƏNDİ: bundan sonra...


ABŞ Ali Məhkəməsi prezident Donald Trampın 6 ölkə vətəndaşlarına tətbiq etdiyi viza qadağası layihəsini təsdiqləyib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, qərara görə, Suriya, Somali, Liviya, İran, Yəmən və Çad vətəndaşları ABŞ-a səyahət edə bilməyəcək.

Adıçəkilən ölkənin vətəndaşlarının ABŞ-da yaşayan insanlarla və ABŞ qurumları ilə əlaqələri olsa belə onlar bu ölkəyə girə bilməyəcəklər.

Qeyd edək ki, Tramp hökuməti bu ilin mart ayında əhalisinin əksəriyyəti müsəlman olan İran, Suriya, Somali, Sudan, Yəmən və Liviya vətəndaşlarına 90 günlük viza qadağası qoymuş və qaçqınların ölkəyə daxil olmasını 120 gün müddətində əngəlləmişdi.

ABŞ hökumətinin 24 sentyabrda qəbul etdiyi və 8 ölkə vətəndaşlarına təsir edəcək viza məhdudiyyəti Havay Federal hakimi Derrik Vatson tərəfindən milliyyətlərinə görə insanlar arasında ayrıseçkilik etmək səbəbinə görə 17 oktyabrda dayandırılmışdı.

5 dekabr 2017
GO BACK