Qadin.NET / "Keçəl olmağımdan utanmıram" - Model problemindən çəkinmir - FOTO

"Keçəl olmağımdan utanmıram" - Model problemindən çəkinmir - FOTO

"Keçəl olmağımdan utanmıram" - Model problemindən çəkinmir - FOTO


İsveçin Malmö şəhərində yaşayan Tereza Hanson keçəldir. Onun başında tük yoxdur.

Milli.Az The Local-a istinadən bildirir ki, Tereza 14 yaşında olanda onun saçları tökülməyə başlayıb. Günlərin birində isə o, hörüyündən məhrum oldu.

İlkin müayinələr zamanı həkimlər Terezanın xərçəng xəstəsi olduğunu düşünmüşdülər. Lakin sonradan bəlli oldu ki, qızda alopesiya xəstəliyi var.

İllər keçdi və Terezanın saçlarından bilmərrə məhrum olaraq keçəl qaldı.

Yeniyetməlik və gənclik illərində keçəlliyini gizlətmək üçün o, pariklərdən istifadə edirdi.

Üç il əvvələdək.

2014-cü ildə isə Tereza Hansson pariklərdən də imtina etdi və model karyerasına başladı.

26 yaşlı Tereza indi İsveçin ən populyar modellərindən biridir.

"İndi özüməm, olduğum kimi görünürəm. Alopesiya xəstəsi olduğumu kimsədən gizlətmək niyyətində deyiləm. Sadəcə, əvvəllər başımda tük olmamasından utanmağıma görə təəssüflənirəm", - "GC Management" model agentliyi ilə müqavilə imzalamış Tereza söyləyib.

"Keçəl olmağımdan utanmıram" - Model problemindən çəkinmir - FOTO



4 dekabr 2017
GO BACK