Qadin.NET / İlin ən səs-küylü ayrılıqları - FOTO

İlin ən səs-küylü ayrılıqları - FOTO

İlin ən səs-küylü ayrılıqları - FOTO


Qadin.Net Milli.Az-a istinadən yola salmağa hazırlaşdığımız ildə ayrılıqları ilə səs-küyə səbəb olan cütlükləri təqdim edir:

Cennifer Lopez və Dreyk - cütlük ötən ilin dekabrında görüşməyə başlasa da, amma bu cəmi 2 ay sürüb. Dreykdən ayrıldıqdan az sonra Cey Lo beyskolçu Aleks Rodrigezlə eşq yaşamağa başlayıb.

Selena Qomez və "Weeknd" (Abel Tesfaye) - cütlük cəmi 10 ay birlikdə olub. Ötən ayın əvvəli Abeldən ayrılan Selena keçmiş sevgilisi Castin Biberə dönüb. Tesfayenin də bir vaxtlar sevgili olduğu model Bella Hadidlə yenidən görüşdüyü deyilir. 

Müğənni Ferqi ilə aktyor həyat yoldaşı Cos Fyuamel 8 illik ailə həyatlarına sentyabrda son qoymaq qərarı alıblar. 42 yaşlı Ferqi ilə 44 yaşlı Coş 2009-cu ildə ailə qurub. Cütlüyün Aksl adlı 4 yaşlı oğlu var.

Skarlett Yohansson jurnalist həyat yoldaşı Roman Doriakdan yayda boşanıb. 32 yaşlı aktrisa az sonra yeni sevgilisi 35 yaşlı şoumen Kolin Jostla görüntülənib. 

Müğənni Kayli Minouq nişanlısı Coşua Sassedən bu ilin fevralında ayrılıb. Buna səbəb Coşuanın ifaçıya xəyanət etməsi olub.

Müğənni Ketti Perri ilə aktyor Orlando Blum bu ilin fevralında ayrılıb. Cütlyn münasibəti cəmi 10 ay davam edib. İddiaya görə, cütlüyün ayrılmasına səbəb Ketinin ailə qurmaq və uşaq sahibi olmaq istəməsi, orlandonun isə buna razı olmadığı göstərilirdi. 

 

4 dekabr 2017
GO BACK