Almaniya vətəndaşı Pınar Diləklə evli olan müğənni Tarkan Köln şəhərində yeni villa alıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, meqastarın 3 milyon lirə (təxminən 1,5 milyon AZN) xərclədiyi mülk 4 yataq otağı, bir zal, bir mətbəx və geniş bağçadan ibarətdir.
Pınarın valideynlərinin də yaşadığı Almaniyada daimi yaşamaq icazəsi almaq üçün Tarkan Almaniyanın İstanbuldakı Konsulluğuna müraciət edib.
O, sənədlərini tamamlamaq üçün Kölnə gedəcək.