Qadin.NET / Hava limanında qadının çantasından tarakan sürüsü çıxdı

Hava limanında qadının çantasından tarakan sürüsü çıxdı

 

Hava limanında qadının çantasından tarakan sürüsü çıxdı



 

Çində qəribə hadisə baş verib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, Çinin hava limanında yoxlama zamanı qadının çantasından 200 ədəd canlı həşərat tapılıb.

Çin mediasında yayılan xəbərlərə görə, Guangzhou Baiyun Beynəlxalq hava limanında aparılan yoxlama zamanı X-Ray cihazından keçən qadının çantasında hərəkət edən xırda nöqtələr diqqət çəkib. Monitorda qəribə görüntülər görən işçilər çemodanı açanda təəccübləniblər. Belə ki, onlar çemodanın içində tarakan sürüsünün olduğunu görüblər.

Qadın tarakanları krem hazırlamaq üçün gətirdiyini etiraf edib. Lakin həşəratların təyyarəyə aparılmasına icazə verilməyib.

2 dekabr 2017
GO BACK