Qadin.NET / Telefona baxan insanlar "çəkiləcək"

Telefona baxan insanlar "çəkiləcək"

Telefona baxan insanlar "çəkiləcək"


Yeni "Google" proqramı istifadəçini telefon ekranına baxan insanlar haqqında xəbərdar edəcək

"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan insanlar haqqında xəbərdar edən proqram hazırlayıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.
 
Tədqiqatçıların dərc etdiyi videoda "Google Hangouts" messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda "A STRANGER IS LOOKING ALERT!!!" bildirişi görünür.
 
Məlumata görə, hazırda funksiyanın işinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, əminliklə demək olar ki, proqram təminatı qurğu sahibi olmayan insanların sifətini tanıya və gözlərinin vəziyyətini izləyə bilir.
 
Tərtibatçıların sözlərinə görə, sistem müxtəlif işıqlandırma səviyyələrində və yad insan başlarının duruşlarında stabil işləyir. Sistemə hər bir insanın müəyyənləşdirilməsi üçün 2 milli-saniyə, sifətlərin tanınması üçün 47 milli-saniyə, ekrana baxan şəxsin aşkarlanması üçün 115 saniyə lazımdır.
 
"Neuro Information Processing Systems" (NIPS) konfransında təqdim ediləcək texnologiya hazırda tam funksiyadan daha çox elmi layihə şəklindədir.

2 dekabr 2017
GO BACK