Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müvafiq fətva Türkiyə Dəyanət İşləri İdarəsi tərəfindən verilib.
İdarənin dindarların suallarına ünvanladığı cavablarda bildirilir ki, saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın.
Lakin qeyd olunur ki, İslam qaydalarına görə, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir.
"Bu qəbuledilməz sayılır", - deyə materialda bildirilir.