Cey Zi Beyonsa xəyanətləri barədə ilk dəfə açıqlama verib.
Qadin.Net bildirir ki, publika.az. xarici mətbuata istinadən xəbər verir ki, bir neçə il əvvəl Beyonsa xəyanət edən məşhur reper həyat yoldaşı ilə boşanma astanasında idi. Hətta yaşadığı xəyanət və ağrılara Beyons “Lemonade” albomunda bir neçə mahnı həsr etmişdi.
Cey Zi özü də yaradıcılığı vasitəsilə 4:44 ablbomunda ürəyini açıb, keçmiş xatirələrini yada salmışdı. Lakin açıq şəkildə cütlük bu mövzunu şərh etməmişdi. İndi isə Cey Zi həyat yoldaşına xəyanət etməsi haqqında açıq müsahibə verib. 47 yaşlı musiqiçi “The New York Times” jurnalının jurnalisti ilə söhbətində belə deyib:
“Bəzən sağ qalmaq lazım olur. Və sən sərt rejimə keçdiyin vaxt müvafiq olaraq özünü ona görə aparmağa başlayırsan. Bütün emosiyaları aradan qaldırmaq lazım olur. Hətta qadınlarla emosional baxımdan bağlanmış qalırsan, siz ümumi dil tapa bilmirsiniz... Mənim vəziyyətimdə hər şey daha ciddidir. Vəfasızlıq da buradan çıxır".
Cey Zi etiraf edib ki, həmin dövr onun üçün çox ağır keçib, nikahı boşanma ilə bitmək təhlükəsi altında qalıb: “Bir çox insan sadəcə getməyi seçir. Boşanma həddi elə yüksəkdir ki, insanların əksəriyyəti kənardan özlərini görmürlər”.
Cey Ziyə problemlərin öhdəsindən gəlməyə terapiya və yaradıcılığı kömək edib. Reperin sözlərinə görə, o, Beyonsla albomlar üzərində işləyərkən baş verənləri keçmişdə qoya və öz münasibətlərinə daha bir şans verməyi bacarıb:
“Tufan zamanı ən təhlükəsiz yer onun mərkəzində yerləşir. Odur ki, ən yaxşı yer ağrının düz ortasıdır. Biz ikimiz də orada oturmuşduq. Bəli, çox narahat idi və biz çox söhbət etdik. Dünyada ən dəhşətli hiss kiminsə üzündə səbəb olduğun ağrını görməkdir. Özünü aydınlaşdırmaq lazım gəlir”.
İndi bütün bunlar keçmişdə qalıb. Yazda ikinci dəfə əkiz ana-atası olan cütlük indi sakit ailə səadətindən həzz alır.
Məlumat üçün onu da bildirək ki, Beyons və Cey Zi dünyanın ən varlı ulduz cütlüyüdür.