Qadin.NET / 90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO

90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO

90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO


Vera Barrelin 90 yaşı var. Nəvə, nəticə yiyəsidir. Amma dediyinə görə, özünü qoca, əldən düşmüş, biçarə hiss etmir.

O, cəmi bir günlük tanışlıqdan sonra vurulduğu sevgilisi ilə kruizə yollanacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 90 yaşlı Vera nənənin sevgilisinin 91 yaşı var.

Pabda tanış olduğu bu kişi ilə 45 dəqiqəlik söhbətdən sonra Vera nənə aşiq olduğunu anlayıb və sevgilisi ilə Yeni İl səyahətinə çıxmaq qərarına gəlib.

Sevgililər 3750 funt-sterlinqə gəmi kruizinə bilet alıblar. Onlar Yeni İl bayramı münasibətilə 11 günlük istirahətə yollanacaqlar.

"Yaşlı centlmen nahar etməyə masa axtarırdı. Mənə yaxınlaşdı, masamın arxasına oturdu. Bir qədəh şərab içdik, 45 dəqiqə danışdıq. Ona aşiq olduğumu anladım", - Saffolk qraflığındakı Sadberi şəhərinin sakini Vera Barrel deyib.

91 yaşlı Con Sauthempton sakinidir.

O, sevgilisi Con ilə pabdan çıxan sonra yaxınlıqdakı turizm agentliyinə yollanaraq "Azura" laynerində 11 günlük kruiz sifariş veriblər.

Kruiz əsnasında onlar Lissabon, Portu, Kadis, Kartahena, Malaqa və Cəbəllütariqdə olacaqlar.

Veranın qızı Kerloaynın dediyinə görə, anası aşiq olduğunu və səyahətə yollanacağını deyəndə bunun zarafat olduğunu düşünüb: "Amma sonra anladım ki, anam ciddidir. Nə deyim, həyatında dəyişiklik etmək istəyir".

Conun qızı Elizabet isə səyahətə mane olmaq istəyib, Veranın internetdəki fırıldaqçılardan biri olduğunu düşünüb.

30 noyabr 2017
GO BACK