Qadin.NET / İçərisində canlı heyvan olan “breloklar” - FOTO/VİDEO

İçərisində canlı heyvan olan “breloklar” - FOTO/VİDEO

İçərisində canlı heyvan olan “breloklar” - FOTO/VİDEO


Çində canlı heyvanlardan, açarların, çantaların üzərinə taxmaq üçün aksessuarlar hazırlayırlar.

 Qadin.Net publikaz-a istinadən xəbər verir ki, heyvansevərlər tərəfindən şikayət olunsa da, Çində bu ticarət hələ də davam edir. Onlar rəngli balıqları, xərçəngləri, su ilə doldurulmuş kiçik konteynerlərin içərisinə qoyaraq aksessuarlar hazırlayıb turistlərə satırlar.

Rəngli sulara qoyulan balıqlar ölkəyə gələn əcnəbilər tərəfindən maraqla qarşılanır.

Satıcılar iddia edir ki, suyun tərkibinə qatılan maddə heyvanları bir neçə ay ölməyə qoymur. Suyun tərkibində onların qidalanması üçün zəruri maddələr də var.

Əgər bu aksessuarlara maraq durmadan artarsa, satıcılar tısbağa, su ilanı, kəpənək və s. digər heyvanlardan da aksessuarlar hazırlayacaqlar.

Təəssüf ki, belə ticarət Çin qanunvericiliyinə görə qadağan deyil və onlar tamamilə qanuni yollarla satılır.

 

İçərisində canlı heyvan olan “breloklar” - FOTO/VİDEO

İçərisində canlı heyvan olan “breloklar” - FOTO/VİDEO



30 noyabr 2017
GO BACK