Qadin.NET / Yeni Zelandiya yox olacaq

Yeni Zelandiya yox olacaq

Yeni Zelandiya yox olacaq


Yeni Zelandiyanın “GNS” elm şirkətinin mütəxəssisləri 2016-cı ildə baş verən zəlzələnin Hikuranqi seysmik xəttini oyandırdığını bildirib.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu xəttin aktiv fəaliyyətə keçməsilə Yeni Zelandiyada 9 bal gücündə zəlzələ baş verə və yaranan sunami dalğaları ölkəni məhv edə bilər.

Şirkətin araşdırmaçısı Ursula Coçran tez-tez zəlzələlərlə sarsılan ölkəni böyük təhlükə və yox olma ehtimalı gözlədiyini bildirib:

“2011-ci ildə Yaponiyada baş verən və 16000 nəfərin ölümünə səbəb olan 9 bal gücündəki zəlzələni xatırlamalıyıq. Yeni Zelandiyada da belə bir zəlzələ baş verər və sunami dalğaları yaranarsa, ölkənin qərb sahillərindəki adaları sadəcə 7 dəqiqə içində məhv edə bilər. Ehtimal edilən zəlzələ baş verərsə, ölçülərinə görə, Kaikoura bölgəsində keçən il baş verən zəlzələdən 11 000 qat güclü olacaq”.

29 noyabr 2017
GO BACK