Türkiyənin Trabzon şəhərində həkimlər qadının mədəsindən cərrahi əməliyyatla dəsmal çıxarıblar.
Qadin.Net trend-ə istinadən bildirir ki, uzun müddət mədəsindəki ağrılardan şikayət edən qadın həkimə müraciət etdikdən sonra onun mədəsində naməlum əşya aşkar edilib. Türkiyə həkimləri dərhal cərrahi əməliyyat barədə qərar qəbul ediblər.
Əməliyyatdan sonra məlum olub ki, qadın 3 il əvvəl Avropada əməliyyat olunarkən həkimlər onun mədəsində dəsmal parçasını unudublar.