Qadin.NET / Tarkandan kimsəsizlərə BÖYÜK DƏSTƏK

Tarkandan kimsəsizlərə BÖYÜK DƏSTƏK

Tarkandan kimsəsizlərə BÖYÜK DƏSTƏK


3 ayda təxminən 45 milyon TL qazanan meqa ulduz Tarkan onun 7 milyonunu xeyriyyəçiliyə xərcləyib.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, yardımsevər müğənni bu dəfə xeyriyyəçi əməlləri ilə gündəm yaradıb. Türkiyə mətbutaının yazdığına görə, ulduz qazancının 7 milyonunu ehtiyacı olan ailələrə, ana və atası olmayan uşaqlara, şəhid yaxınlarına, fiziki məhdudiyyətli qadınlara, eləcə də küçə heyvanları təşkilatlarına paylayıb.

Xatırladaq ki, müğənni fiziki məhdudiyyətli şagirdlər üçün nəzərdə tutulan məktəb də tikdirir. Layihəyə 5 milyon türk lirəsi ayıran Tarkan təhsil ocağının harada tikiləcəyi ilə bağlı məlumatları sirr olaraq saxlayır. Məktəbin 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

28 noyabr 2017
GO BACK