ABŞ-ın Kaliforniya əyalətindəki bir yanğınsöndürmə binasında asılan lampa 116 ildir ki, fasiləsiz olaraq yanmaqdadır.
Qadin.Net publika.az-a istinadə xəbər verir ki, 1901-ci ildən bəri yanan lampa müxtəlif fasilələrlə yaşanan 3 elektrik kəsilməsi xaricində heç vaxt sönməyib.
Lampanı hazırlayan və yanğınsöndürənlərə hədiyyə edən isə Adolf Çaylet olub. O, dövrünün böyük alimi Tomas Edison ilə rəqabətdə olub və ən yaxşı lapmanı icad etmək mövzusunda iddiaya girib.
Bu dözümlü lampanın qəribə hekayəsinin yalnız 1972-ci ildə fərqinə varılıb. 2001-ci ildə lampanın 100 illiyi şərəfinə yanğınsöndürmə binasında parti də təşkil edilib.
Lampanın bu qədər uzun müddət yana bilməsinin səbəbi isə planlaşdırılmış köhnəlmə anlayışıdır. Yəni, istifadə etdiyimiz bir çox alət və məhsullar istifadədən sonra müstəqil olaraq sıradan çıxacaq və ya lazımlılığını itirəcək formada istehsal edilir. Firmalar da daha çox məhsul istehsal etmək üçün bu yola əl atır və daha çox gəlir əldə edir.
Qeyd edək ki, o dövrdə 60 vattlıq istehsal edilən lampa bu gün sadəcə 4 vatt işıq yaysa belə, yenə də yanmaqda davam edir.