Dmitri Dyaçenkonun “Sonuncu cəngavər” filmi Fyodor Bondarçukun “Stalinqrad”ını keçərək, Rusiya tarixinin ən çox gəlir gətirən filmi adını qazanıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, “Sonuncu cəngavər” son bir ayda Rusiyada film icarəsindən 1,672 milyard rubl əldə edib. Bu nəticə ilə “Stalinqrad” filminin 4 illik rekordu arxada qalıb.
Bildirilir ki, ümumilikdə “Stalinqrad” 1,670 milyard rubl qazanıb və bu gəlirlə də Rusiya tarixinin ən çox qazanan filmi adını alıb. Ancaq “Sonuncu cəngavər” cəmi bir aya bu rekordu yeniləyib və məsələ burasındadır ki, “Stalinqrad”dan fərqli olaraq, “Sonuncu cəngavər” hələ də satışdadır və gəlir gətirməkdə davam edir.
“Sonuncu cəngavər” 7,52 milyon tamaşaçı ilə də 6,19 milyon tamaşaçı yığan “Stanilqrad”ı qabaqlayıb. Ancaq bu sahədə liderlik 8,88 milyon izləyici ilə “Taleyin ironiyası: davamı”a məxsusdur.