Qadin.NET / Öldükdən 5 il sonra qızının doğum gününə...

Öldükdən 5 il sonra qızının doğum gününə...

Öldükdən 5 il sonra qızının doğum gününə...


ABŞ-da qeyri adi hadisə baş verib.

Qadin.Net teleqrafa istinadən xəbər verir ki, ABŞ-ınTennesse əyalətində yaşayan Bailey Sellers adlı gənc xanım 16 yaşında atasını itirib. Ancaq atasının ölümündən 5 il sonra şok yaşayıb.

Gənc xanım 21 yaşını qeyd edərkən atasından ölmədən öncə aldığı çiçəkləri və son məktubuna qapıda rast gəlib.

Qızının özünə və anasına hər zaman sayğı göstərməsinin önəmi vurğulanan məktubda 5 il öncə vəfat edən atanın maraqlı fikirlərinə rast gəlinib:

“Təkrar görüşənə qədər. Bu mənim son məktubumdur. Daha gözəl bir yerdə olduğum üçün qızımın mənə görə, bir damla göz yaşı tökməsini istəmirəm. Xoşbaxt ol və həyatı sonuna qədər yaşa. Hər dönüş mərhələsində yanında olacağam. Ətrafına bax və məni görəcəksən”.

Bailey Sellers deyib ki, atası vəfat etdikdən sonra doğum günlərinə nifrət edirmiş: “Çünki atam hər zaman özəl bir durum yaradırdı. Bu doğum günündə atamdan son dəfə mesaj gələcəyini bilirdim”.

Qeyd edək ki, Bailey Sellers atasının mesajını sosial şəbəkələrdə paylaşaraq 100 minlərlə izləyicidə maraq yaradıb.

26 noyabr 2017
GO BACK