47 yaşlı ulduz Meray Kerinin pərəstişkarları onun üçün narahatdılar.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, müğənni Yeni il ərəfəsində verməyi planlaşdırdığı konsertlərini təxirə saldığını elan edib.
Yayılan xəbərlərdə bildirilib ki, sənətçi bunu səhhətində yaranan problemlərə görə edib.
Meray "Mənim əziz pərəstişkarlarım, Yeni il yaxınlaşır. Mən də bayramın ilk hədiyyəsini aldım - soyuqdəymə. Bilirsiniz ki, bayram şoularını necə sevirəm. Amma həkimim mənə yataq rejimində müalicə olunmağı yazıb. Buna görə də səhnədə oxuya bilməyəcəm. Sağalana kimi bütün şoularımı təxirə salmalıyam" sözlərini yazıb.
Bu günlərdə isə Kerrinin səhhətinin daha da pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi deyilib.