Xalq arasında nəqliyyat vasitəsi tutması olaraq da tanınan bu xəstəliyə hərəkət xəstəliyi deyilir. Nəqliyyat vasitəsilərin yanında, 3D filmlər əsnasında, dalğalı dənizlərdə və ya təyyarələrdə də müşahidə edilən və iç qulağa təsir edən bu narahatlıq görmə pozuntuları haqqında xəbər verə bilər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, hərəkətli vasitələrdə kitab, jurnal və s. oxunarkən az qala hər kəs mədə bulanması problemilə qarşılaşa bilir.
Bu narahatlıqdan şikayət edən xəstələrin böyük bir əksəriyyəti, vəziyyəti təbii olaraq qəbul edir və göz həkimlərinə bu vəziyyətdən bəhs etmirlər. Ancaq əslində vəziyyət bir görmə pozuntularının əlaməti ola bilər.
Xəstəliyin meydana gəlməsində, hərəkəti qəbul edən və səslər arasındakı uyğunlaşmazlığın böyük rol oynadığını söyləyən mütəxəssislər belə danışır: "Baş ağrısı və ürək bulanması kimi əlamətlərə sahib olan bu narahatlıq, əslində gözlərdəki ciddi bir pozuntuya işarə edə bilər. Son dövrdə rəqəmsal cihazların yayılması ilə fərqli ölçülərə çatan bu xəstəliyin meydana gəlməsində, davamlı video oyunlar oynamaq və smartfon ekranlarına uzun müddət baxmanın da təsiri var. Bir insanın vizual, duyğu və tarazlığı təmin edən duyğuları bir harmoniya ilə işləməlidir. Ancaq bu şəkildə içində olduqları mühitdə tam olaraq mövqelərini bilə bilər və koordinasiyalarını təmin edə bilərlər. Görmə duyğusu isə, məlumat alışının bir nömrəli qaynağıdır. Görmə problemləri olan bir insan üçün hərəkət xəstəliyi ola biləcək bir vəziyyətdir".
Hərəkət narahatlığının kompyuter başında olarkən təsirlərini göstərə biləcəyini ifadə edən tədqiqatçılar dedilər: "Funksional görüş, iki gözün beyinə göndərdiyi siqnallarla sahə qəbulunun meydana gəlməsini təmin edir. Xüsusilə göz tənbəlliyi və ya çəplik hadisələrində, beyinə göndərilən siqnallar görmə problemləri səbəbilə doğru olmadığından təsirli bir harmoniya təmin edilə bilməz. Baş ağrısı, yorğunluq və hərəkət xəstəliyinə səbəb ola bilən bu vəziyyətlərin önünə keçilə bilməsi üçün əvvəlcə insanın kompyuter başında keçirdiyi zamanı azaltması lazımlıdır. Eyni zamanda bu əlamətlərin müşahidə edildiyi xəstələrin, ən sürətli şəkildə bir göz müayinəsinə getmələri və gözlərində bu problemlərin meydana gəlməsinə səbəb olan narahatlıqların diaqnoz və müalicələrini təmin etmələri böyük əhəmiyyət daşıyır".