Ötən ay çəkildiyi serialda atdan düşərək yaralanan aktyor-müğənni Kutsi toy vaxtını açıqlayıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, aktrisa Feyza Çıpa ilə eşq yaşayan sənətçi səhhətinin yaxşı olduğunu deyib:
"Müalicəm 2-3 ay davam edəcək. Ağrıkəsicilərlə yaşayıram. Feyza da, sağ olsun, mənə yaxşı baxdı. 2018-ci ilin yayında özümüzə toy edəcəyik".
Qeyd edək ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Müğənni Çıpaya görə 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanmışdı.