Finlandiyada noyabrın 24-dən çörəyin istehsalında qurudulmuş həşəratlardan istifadə ediləcək.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu haqda yerli “Helsingin Sanomat” nəşri bildirib.
Bu, çörəyin istehsalında məhsul kimi həşəratlardan istifadə olunmasına müvafiq nazirliyin icazə veməsindən sonra mümkün olub. Bu məmulatın istehsalı ilə “Fazer” şirkəti məşğul olacaq.
Qeyd edilir ki, bir çörəyin bişirilməsi üçün orta hesabla 70 qurudulmuş həşərat tələb olunur. Onlar çörəyin ümumi çəkisinin təxminən 3 faizini təşkil edəcək.
Belə çörəyin qiyməti təxminən 4 avro təşkil edəcək.
Nəşr yazır ki, belə məhsulu artıq gələcəyin yeməyi adlandırırlar. Bu onunla bağlıdır ki, həşəratlar özündə daha çox zülal saxlayırlar, bu halda onların böyüdülməsi və emalı mal və ya donuz ətinin istehsalı ilə müqayisədə qlobal istiləşməyə daha az təsiri göstərir.