Qadin.NET / 2018-ci il bu telefonların ili olacaq - FOTO

2018-ci il bu telefonların ili olacaq - FOTO

2018-ci il bu telefonların ili olacaq - FOTO


2018-ci il bükülə bilən telefonlar ili olacaq.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, artıq telefon istehsalçıları arasında bu məsələdə ciddi rəqabət başlayıb.

“Samsung” şirkətinin “Galaxy X” adlı bükülə bilən telefon istehsal edəcəyi barədə xəbərindən sonra bir sıra şirkətlər bu istiqamətdə işə başlayıblar.

Çinin məşhur “Duugee” şirkəti növbəti il bükülə bilən ekranlı telefon istehsal etməyi planlaşdırır. Telefon 18.5: 9 sm nisbətində enə və uzunluğa, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq. Şirkətin istehsal edəcəyi telefonların ilk görüntüləri artıq mətbuata sızıb. Onlar xeyli diqqət çəkir. Şirkətlərin nə qədər uğurlu olacağını isə zaman göstərəcək.

Mobil telefon bazarı ekspertləri isə gələcək illərdə bükülə bilən ekranlı telefonların sayının ciddi şəkildə artacağını bəyan edirlər.

24 noyabr 2017
GO BACK