Qadin.NET / Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı

Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı

Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı


Quba, Qusar və Xaçmazda çörəyin qiyməti enib. Bu rayonlarda fəaliyyət göstərən sex rəhbərləri eyni fikirə gələrək 40 qəpik olan çörəyin qiymətini 20 qəpiyə qədər endiriblər. Bu addım alıcıların ürəyincə olsa da, bəziləri məhsulun çəkisinin azaldıldığını bildirir.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, şimal bölgəsində maraqlı aksiya başlayıb. Çörək sexləri 35-40 qəpiyə satılan çörəyin qiymətini 15 qəpik aşağı salıblar.
İlk olaraq bu aksiyaya Xaçmaz rayonunda başlanılsa da, sonradan Qusar və Qubada fəaliyyət göstərən çörək sexləri də onlara qoşulub.
Bu bütün çörəklərə şamil olunmur. Sadəcə 500 qram olan çörəklərdə qiymət endirilib.
Qiymətin aşağı salınması sakinlərində ürəyincədir.
Sex sahibləri bildirirlər ki, topdan və pərakəndə satışda da eyni qiymətdir. Ancaq bəzi alıcılar çəkinin azaldığını iddia edirlər. Bildirilir ki, əvvəlcə çəkisi 500 qram olan çörək hazırda 430-450 qram olub.

23 noyabr 2017
GO BACK