Qadin.NET / Sabahın HAVAsı

Sabahın HAVAsı

Sabahın HAVAsı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Noyabrın 22-də qərb rayonlarından başlayaraq arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-17, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

21 noyabr 2017
GO BACK