Hadisə qaçqın uşağı övladlığa götürmək istəyir.
Qadin.Net bildirir ki, Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Türkiyə Milli Pediatriya Dərnəyinin Antalyada konqresi keçirilib. Konqresdə müğənni Hadisə də iştirak edib. Səhnəyə çıxan ulduz bildirib ki, anası və atası da ona bu məsələdə mütləq dəstək verməyə hazırdır.
O, “Hətta bir deyil, bir neçə qaçqın uşağı övladlığa götürməyi düşünürəm. Biz dörd uşağıq, uşaqlığımız çox gözəl keçib. Bu səbəbdən çoxuşaqlı ailəmin olmasını istəyirəm. Normalda 5-6 övlad sahibi olmağı planlaşdırıram. Bunu ürəkdən deyirəm" , - deyə bildirib.
Hadisə Ancelina Coli ilə birlikdə qaçqınlar üçün yardım layihəsində iştirak etmək arzusunu da gizlətməyib:
“Uşaqlarla bağlı bütün layihələrdə canla-başla iştirak etmişəm. Odur ki, onlar üçün təşkil olunan digər layihələrdə böyük məmnuniyyətlə iştirak edərəm. Qaçqın uşaqlara qollarımızı açıb sahib çıxmalıyıq, bu uşaqlar həqiqətən böyük çətinliklər görüb”.
Hadisə daha sonra əlavə edib ki, qaçqın uşaqlara hər kəs bacardığı qədər yardım etməlidir:
"Biz evimizi dəyişdirdiyimiz zaman da çox qəribə oluruq. Yeni mühit, yeni qonşular və s. Təsəvvür edin ki, bu uşaqlar öz ölkələrindən başqa ölkəyə zorla göndərilir, sürgün edilirlər. Onların psixologiyasını düşünün... Şükürlər olsun ki, onları düşünən, problemlərini həll etməyə çalışan mütəxəssislərimiz var”.