Aysel Teymurzadə həyat yoldaşını doğum günü münasibətilə təbrik edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən Azərbaycan Dövlət Filarmoniyasının direktoru, məşhur pianoçu Murad Adıgözəlzadənin 43 yaşı tamam olub. Bu münasibətlə musiqiçini həyat yoldaşı Aysel Teymurzadə instaqram səhifəsində təbrik edib. O, M.Adıgözəlzadənin şəklini paylaşıb və “Doğum günün mübarək, ürəyim” deyə qeyd edib.
Məlumat üçün bildirək ki, “Eurovision - 2009” təmsilçimiz Aysel ailə quruqdan sonra karyerası ilə birdəfəlik vidalaşıb. O, həyat yoldaşından 15 yaş kiçikdir.
Cütlüyün nikahından 3 övladı var.