Qadin.NET / Həftənin ilk iş gününün HAVAsı açıqlandı

Həftənin ilk iş gününün HAVAsı açıqlandı

Həftənin ilk iş gününün HAVAsı açıqlandı


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

19 noyabr 2017
GO BACK