"Azərkosmos" ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.
Qadin.Net bildirir ki, bu barədə Trend-ə ASC-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bunu sayca 3-cü peykin "Azerspace-2/Intelsat-38" peykinin buraxılışından sonra bilmək olacaq.
Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.
Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi "Space Systems Loral" şirkətidir.
"Azerspace-2/Intelsat-38" peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.