Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin ikinci dəfə kilsədə nikaha daxil olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, toyun görüntüləri sosial şəbəkədə yayımlanıb. Mərasimdə onların övladları Elizabet və Herri də olub.
Məlumat üçün bildirək ki, cütlük 2011-ci ildən rəsmi şəkildə nikahdadır.
Qeyd edək ki, ikinci dəfə nikah yeniləyən təkcə Alla Puqaçova deyil. Bundan öncə Olimpiya çempionu Yevgeniy Pluşenko və prodüser Yana Rudkovskaya da bu hərəkətləri ilə gündəmə gəlmişdi.