Qadin.NET / Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO


2013-cü ildə “vine” tipli videoları ilə məşhurluğa qovuşan 20 yaşlı Cek Paul 7 milyon dollara ev alıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, “Yutub” fenomeni Los Ancelesdə yerləşən evində səs-küylü həyat tərzi sürdüyü üçün qonşuları onu şikayət edib.

Haqqında məhkəmə işi açılan və daim təhdidlərlə üzləşən fenomen Kaliforniyanın ən zəngin bölgələrindən olan Kalabasasa köçüb.

Cek Paulun yeni 1400 kub-metrlik evində idman və film salonu, iş otağı və ona özəl hazırlanan 1 hamam otağı var. Evin qaraj bölümündə isə eyni zamanda 4 avtomobil və 12 motosiklet saxlamaq mümkündür.

Qeyd edək ki, “Vine” proqramında 5,3 milyon izləyici və 2 milyard baxış sayı toplayan Cek Paul məşhurlaşdıqdan sonra “Disney” şirkətinin “Bizaardvark” filmində çəkilməyə başlayıb. 2017-ci ildə Ağ Evə dəvət edilən fenomen oranın hamam otağında çəkdiyi video ilə gündəmə oturmuşdu.

Cek Paul yaxın zamanda sosial media fenomenlərinə marketinq idarəçiliyi xidməti verən, 1 milyon dollar dəyərində yeni bir şirkət qurub.

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO


18 noyabr 2017
GO BACK