Bir müddət əvvəl "Show TV" ekranlarında yayımlanan "Dünya Güzellerim" adlı proqrama görə Bülent Ersoy, Safiye Soyman, Banu Alkan və Burcu Esmersoy dünyanı gəzirdilər. Soyman o günlərlə bağlı bir maraqlı etiraf edib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, türkiyəli müğənni Safiye Soyman "Dünya Güzellerim" adlı proqram üçün getdiyi Vyetnamda toyuq sanıb səhvən it əti yediyini bildirib.
Soyman: "Banu (Alkan) ilə acmışdıq. Manqalda bişən əti toyuq sandıq. Sən demə? it əti imiş. Bunu öyrəndikdən sonra mədəm bulandı, xəstəxanalıq oldum" , - deyib.