Yayda ərəb milyarder Həsən Camalla hovuzda öpüşərkən görüntülənən Rihanna toya hazırlaşır.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 29 yaşlı müğənninin yaxınları məlumat verib. İddialara görə, dünya şöhrətli ulduz gəlinlik seçiminə başlayıb.
Rihanna həyatındakı ən doğru insanın Həsən olduğunu və onun mükəmməl ata olacağını da hər fürsətdə dilə gətirimiş.
Cütlük hazırda Camalın Londondakı imarətində birlikdə yaşayır.
Məlumat üçün bildirək ki, ərəb milyarder “Toyota”nın Səudiyyə Ərəbistan nümayəndəliyini edən şirkətin varisidir.