Qadin.Net xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığın yoxlanılması məqsədilə monitorinqlər aparılıb və aşkarlanan müvafiq problemlər aradan qaldırılıb", - idarənin cavabında bildirilib.
Qeyd olunub ki, qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, məktəblərdə müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 138-i "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 169-u fərdi qazanxana vasitəsilə, 3-ü isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir"- deyə, idarədən əlavə olunub.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi hər il müvafiq olaraq noyabrın 15-i başlayır və aprelin 15-nə qədər davam edir