Komfort və rahatlığına görə uqq çəkmələri qızların qış aylarında ən çox üstünlük veridiyi ayaqqabılardır. Lakin məlum olub ki, bu model ayaqqabılar sağlamlığımız üçün təhlükə mənbəyidir.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə britaniyalı cərrah İen Makdemott məlumat verib. Onun sözlərinə görə, son illərdə diz problemləri ilə bağlı xəstələrin sayı artıb.
Cərrah-ortoped bildirib ki, uqq həvəskarları seçim zamanı çox ehtiyatlı olmalıdır Əks halda ayaqlarda cərrahiyyə əməliyyatı aparıla bilər. O, etiraf edib ki, uqq çəkmələri diz problemlərinə gətirib çıxarır. O, bunu uqqilərin ayaqları kifayət qədər dəstəkləməməsi ilə izah edib. Çünki altı düpdədüz olan ayaqqabılar oynaqların vaxtından əvvəl aşınmasına və oynaq qığırdağı xəstəliyinə gətirib çıxarır.
Dabanı olmayan və pəncədə fokuslanmayan, amma onun sərbəst hərəkət etməsinə imkanı verən ayaqqabılardan xüsusən doğuşdan ayaq problemləri olan insanlar imtina etməlidir.
London klinikasının məsləhətçi başqa cür qış ayaqqabısına üstünlük verməyi tövsiyə edir:
"Uqq qış üçün ən rahat variant kimi görünə bilər, lakin ayaqların sağlam olması üçün daban dəstəyi olan ayaqqabı cütü seçin", - deyə Makdermott tövsiyə edib.