"Microsoft" şirkətinin sabiq başçısı Bill Qeyts ABŞ-ın Arizona ştatında özünün "ağıllı" şəhərini tikmək niyyətindədir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu barədə "RT" məlumat yayıb.
Qeyd olunur ki, iş adamının sərmayə şirkəti innovativ yaşayış məntəqəsini inşa etmək üçün 101,1 kvadrat kilometr torpağı satın alıb. Bu layihəyə 80 milyon dollar vəsaitin xərclənilməsi planlaşdırılır.
Şəhərin adı Belmont olacaq və o, Feniks şəhərindən qərbdə, 45 dəqiqəlik avtomobil yolu məsafəsində yerləşəcək. Yeni, iri yaşayış məntəqəsinin muxtar nəqliyyat vasitələri fəaliyyət göstərəcək.
Belmontda ofis və ticarət binaları ilə yanaşı, dövlət məktəbləri və fərdi yaşayış evləri də mövcud olacaq. Las-Veqas şəhərinə aparan yolun bu şəhərdən keçəcəyi bildirilir.