Qadin.NET / İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü

İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü

İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü


ABŞ-da intihar edən bir kişinin üzü illər öncə özünü tüfənglə sifətindən vuran və üzünü itirən bir başqa adama köçürülüb. 

Qadin.Net bildirir ki, Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Minnesotada yaşayan Lilly Ross adlı qadın keçən il həyat yoldaşını itirib. Kalen Ross adlı şəxs canına qıymışdı.

ABŞ-ın Vayominq ştatında yaşayan 32 yaşlı Endi Sandniss isə 2006-cı ildə, 21 yaşı olarkən intihara təşəbbüs edib, ancaq sağ qalmışdı. Çənəsinə dayadığı tüfəngdən atəş açan Sandniss üzünün böyük hissəsini itirsə də sağ qalıb. O gündən sifətinin böyük bir hissəsi olmadan yaşayan və insan içinə çıxmaqdan çəkindiyini söyləyən adamın həyatı Kalen Rossun intiharı ilə dəyişib.

Əməliyyat 56 saat çəkdi

60-dan çox doktorun iştirak etdiyi və 56 saat davam edən əməliyyat sonrasında cərrahlar Rossun simasını Sandnissə köçürməyi bacarıblar.

16 ay sonra görüşdülər

Əməliyyatdan 16 ay sonra əməliyyatı keçirən klinika ölən adamın həyat yoldaşı ilə onun sifətinin yeni sahibini bir araya gətirib. Öncə bunun onun üçün ağır olduğunu söyləyən qadın narahat olsa da sonunda bu görüşə "hə" deyib. 

Əri intihar etdiyində 8 aylıq hamilə olan qadın görüşə gedərkən oğlunu da yanında aparıb.

Görüşdən həmin kadrları təqdim edirik:

İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü

İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü

İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü


13 noyabr 2017
GO BACK