Qadin.NET / 10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO

10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO

10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO


Luis Manuel Qonsalesin anası İzabel Pontoya belə deyir.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Luis 10 aylıq olsa da, 9 yaşlı oğlan boydadır.

Doğulanda çəkisi 3,5 kq olan körpə Luisin ağırlığı indi tam 28 kiloqramdır.

Meksikada yaşayan 24 yaşlı İzabelin sözlərinə görə, kiçik oğlunu həkimlərə göstərir, müayinə etdirir. Həkimlər Luisə diaqnoz qoymaqda çətinlik çəkməsələr də, müalicə yolunu tapa bilmirlər.

"Oğlum doğulandan sonra sürətlə "ağırlaşmağa" başladı. İki aylıq olanda onun çəkisi artıq 10 kiloqram idi. Luisi əvvəllər pəhləvan cüssəli olacaq uşaq sanırdım. İndisə xəstə olduğunu anlayıram", - gənc ana söyləyib.

Həkimlərin dediklərinə görə, Luis Manuel Qonsales xəstədir, Prader-Villi sindromuna mübtəladır. Bu sindromun daşıyıcısı olan insanlarda hormonal disbalans müşahidə olunur.

Balaca Luisdə də daim aclıq hissi var. Üstəlik, uşağın əzələ tonusu zəifdir.

Həkimlərin sözlərinə görə, hormonal terapiyaya ehtiyacı var. Belə müalicənin 1 kursunun dəyəri isə 555 dollardır.

 

Di gəl, Luisin atasının aylıq maaşı cəmi 200 dollardır.

 

10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO

10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO

10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO


13 noyabr 2017
GO BACK