Qadin.NET / Özü yıxıldı - 7.5 milyon təzminat istəyir

Özü yıxıldı - 7.5 milyon təzminat istəyir

Özü yıxıldı - 7.5 milyon təzminat istəyir


ABŞ-ın Alabama əyalətində qarpız alanda yıxılan şəxs 7.5 milyon dollarlıq təzminat tələb edib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, təzminat tələb edən Henri Volker qarpız almaq istəyəndə ayağı taxta yeşiklərə toxunaraq yıxılıb və ayağı sınıb.

59 yaşlı H.Volker qəzadan əvvəlki həftə 3 dəfə basketbol oynadığını, indi isə yeriməkdə çətinlik çəkdiyini deyib.

Mağaza sahibi isə müştərinin öz diqqətsizliyi səbəbindən hadisənin yaşandığını açıqlayıb və məhkəmənin qərarından şikayət edəcəklərini deyib.

12 noyabr 2017
GO BACK