Qadin.NET / Azərbaycanda bütün qəbirlər eyni formada olacaq

Azərbaycanda bütün qəbirlər eyni formada olacaq

Azərbaycanda bütün qəbirlər eyni formada olacaq


Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı məsələyə baxılaraq müvafiq qərar qəbul olunub. Bununla bağlı Muxtar Respbulikanın Nazirlər Kabineti yeni qaydaları təsdiq edib və forma da müəyyənləşib.

Milli.Az xəbər verir ki, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında bildirib ki,eyni qaydada Azərbaycanda nümunəvi qəbristanlıqların yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb, bütün aidiyyəti strukturlar rəylərini də veriblər.

Siyavuş Novruzov deyir ki, yeni qayda qəbul olunduqdan sonra,bütün qəbrlərin öz nömrəsi olacaq ki,yaxınları onu rahatlıqa tapa bilsinlər. Bununla yanaşı, qaydada qəbristanlığa qulluq məsələsi də nəzərdə tutulub.

Komitə sədrinin sözlərinə görə, tətbiq edilməsi nəzərdə tutulan bu qaydanın qanun və ya yaxud da ki qərar şəkilində qəbul edilməsi məsələsinə yaxın günlərdə aydınlıq gələcək.

12 noyabr 2017
GO BACK